UFC-nin məşhur ulduzları Bakıya gələcək
sizinxeber.az xəbər saytı

UFC-nin məşhur ulduzları Bakıya gələcək


UFC-nin məşhur ulduzları Bakıya gələcək.

"Report" Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, UFC-nin Şöhrət zalının üzvü və orta çəkidə keçmiş çempionu Maykl Bispinq təşkilatın Azərbaycanda keçiriləcək ilk tarixi turniri çərçivəsində Bakıya gələcək.

Maykl Bispinq, Brendon Fitzcerald və Pol Felder iyunun 21-də "Baku Crystal Hall"da baş tutacaq UFC turnirinin rəsmi şərhçiləri olacaqlar.

Eyni zamanda, UFC dünyasının canlı əfsanəsi Brüs Baffer yarışın oktaqon aparıcısı olacaq.

Gecənin əsas qarşılaşması UFC-nin yarım ağır çəkidə keçmiş çempionu Camal Hill ilə titulun keçmiş iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Maraqla gözlənilən döyüşlərdən biri isə Azərbaycan təmsilçisi Rafael Fizievlə İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Oxşar xəbərlər

Dünyanın müxtəlif ölkələrindən 400 gənc Bakıya gəlir
Xankəndidəki separatçıların keçmiş "lider"ləri saxlanıldı: Bakıya gətirilir
"Böyük Dəbilqə": Azərbaycanın dörd cüdoçusu finala yüksəlib
Aleksandr Volkanovski UFC çempionluq kəmərini qaytarıb
Araik Arutyunyan da saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle