Aleksandr Volkanovski UFC çempionluq kəmərini qaytarıb
sizinxeber.az xəbər saytı

Aleksandr Volkanovski UFC çempionluq kəmərini qaytarıb


Aprelin 12-dən 13-nə keçən gecə Mayamidə (ABŞ) qarışıq döyüş növləri üzrə UFC 314 turniri baş tutub.

"Report"un xəbər verir ki, əsas mübarizə titulun keçmiş sahibi Aleksandr Volkanovski ilə bu çəki dərəcəsində aparıcı döyüşçülərdən biri Dieqo Lopes arasında yüngül çəkidə çempionluq kəməri uğrunda olub.

Döyüş bütün beş raund davam edib və yekdil qərarla Volkanovskinin qələbəsi ilə başa çatıb.

Volkanovski MMA-da 27 qələbə və 4 məğlubiyyətə imza atıb. Lopesin hesabında isə 23 qələbə və 7 məğlubiyyət var.

Beləliklə, Volkanovski çempionluq kəmərini geri qaytarıb.

Oxşar xəbərlər

Zeyd Döyüş Mərkəzi Belarusda MFP-nin 257-ci beynəlxalq turnirini təşkil edib
Alvares boks üzrə üç dünya çempionu titulunu qoruyub
Ukraynalı Usik britaniyalı Fyurini məğlub edərək üç titulu qoruyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər