İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək
sizinxeber.az xəbər saytı

İlk dəfə "Azərbaycan Şahmat Turu” layihəsi həyata keçiriləcək


Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək.

Bu barədə "Sizinxeber.az"a AŞF-nin mətbuat xidmətindən məlumat verilib.

2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu”nda ölkədə 8 beynəlxalq açıq turnir təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.

Şahmat turu Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. İyunun 18-25-i aralığında “Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda “Ganca Open”, 19-26 noyabrda isə “Shirvan Open” keçiriləcək.

“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.

Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.

Oxşar xəbərlər

Güləş Federasiyası Eldəniz Əzizlinin “Zaqreb Open”ə qatılmamasına aydınlıq gətirib
Fərid Qayıbov: "Azərbaycanda hər il beynəlxalq şahmat yarışları keçirilsə, yaxşı olar"
Azərbaycan ağırlıqqaldıranı “Uzbekistan Open” turnirinin qalibi olub
Azərbaycan şahmatçısı Serbiya Open-2024-də çempion olub
“Zaqreb Open”: Azərbaycan millisinin 3 güləşçisi medal qazana bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər