Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək
sizinxeber.az xəbər saytı

Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək


Polşanın Radom şəhərində keçiriləcək Avropa Kata Turnirində Azərbaycanı 6 cüdoçu təmsil edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançılarımız “Nage-no-kata” və “Katame-no-kata” üzrə fəndlər nümayiş etdirəcəklər.

“Nage-no-kata” növündə İsmayıl Rzayevlə Natiq Qurbanlı tori (hücum edən idmançı), Samir İsmayılovla Elçin Mayılov uke (hücum edilən idmançı) üzrə yarışacaq.

"Katame-no-kata"da isə Rafiq Nəcəfov (tori) və Seymur Məcidli (uke) fəndlər nümayiş etdirəcək.

Qeyd edək ki, aprelin 26-da srtartı veriləcək turnirdə 13 ölkədən 92 cüdoçu (61 kişi, 31 qadın) mübarizə aparacaq.

Oxşar xəbərlər

Azərbaycan cüdoçuları dünya kata çempionatında iştirak edəcəklər
Azərbaycanı Qran-pri turnirində təmsil edəcək cüdoçular müəyyənləşib
Azərbaycanı Avropa çempionatında təmsil edəcək daha bir cüdoçunun adına aydınlıq gəlib
Azərbaycan karateçiləri Avropa çempionatında iştirak edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər