“Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq
sizinxeber.az xəbər saytı

“Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq


Bu il keçiriləcək “Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq.

"Report" xəbər verir ki, bu barədə yarışın rəsmi sosial media hesabında məlumat verilib.

Ötən illə müqayisədə pul mükafatı 5,21 % artıb ki, bu da 2,87 milyon avro deməkdir. Lakin raundlar arasında vəsaitin bölüşdürülməsinin təfərrüatları hələlik açıqlanmayıb.

Qeyd edək ki, turnir mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək. Yarışın son qalibləri kişilər arasında ispaniyalı Karlos Alkaras, qadınlarda isə polşalı tennisçi İqa Svyontekdir.

Oxşar xəbərlər

Fransada tennis kompleksinə hücum edilib
Karlos Alkaras karyerası ərzində qazancı 40 milyon dolları keçən 11-ci tennisçi olub
EBRD Azərbaycandakı cari layihələr portfelini artırıb
Norveçli xizəkçi pul mükafatının azaldılmasına etiraz olaraq formasını yandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər