Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Milli Komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.
ACF-nin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, imtahanda 60 idmançı müvafiq yaş uyğunluğuna əsasən ağ-sarı, sarı və narıncı kəmər dərəcələri üzrə imtahan verib.
Sınağı uğurla keçən cüdoçulara müvafiq kəmər və sertifikat təqdim edilib.
Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, eləcə də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.
Oxşar xəbərlər
Azərbaycanda cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycanda cüdoçular üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Azərbaycanda region cüdoçuları üçün kəmər dərəcələri üzrə imtahanlar keçiriləcək
Goranboyda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
Özbəkistan Cüdo Federasiyasının prezidenti Bakıya gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
