Azərbaycanlı hakimin adı Ginnesin Rekordlar Kitabına daxil edilib
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı Ginnesin Rekordlar Kitabına daxil edilib.
"Report" xəbər verir ki, bu barədə mütəxəssisin 85 illiyi münasibətilə keçirilən tədbirdə məlumat verilib.
Yığıncaqda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, Beynəlxalq Şahmat Federasiyasının sabiq rəhbəri Kirsan İlyumjinov, Gürcüstan Şahmat Federasiyasının prezidenti Akaki İaşvili, beşqat dünya çempionu, qadın şahmatının əfsanəsi Nona Qaprindaşvili, milli komandanın üzvü Şəhriyar Məmmədyarov və digərləri iştirak ediblər.
Mərasimdə yubilyarın adının ən uzun müddətli hakim kimi Ginnesin Rekordlar Kitabına daxil edildiyi elan olunub. Çıxış edən “Guinness World Records”un rəsmisi Şeyda Subaşı təqdim olunan məlumatların yoxlanılaraq tələb edilən şərtlərə tam uyğun olduğunu söyləyib.
Beləliklə, Faiq Həsənov şahmat üzrə ən uzun müddətli kişi hakim kimi rəsmən təsdiqlənib. O, 60 il 149 gün müxtəlif şahmat yarışlarında hakimlik etməklə dünyanın məşhur Ginnesin Rekordlar Kitabına düşüb. Bununla bağlı “Guinness World Records”un rəsmisi səbəbkara sertifikat təqdim edib.
Qeyd edək ki, tədbir iştirakçıları bu günlərdə 40 yaşı tamam olan üçqat Avropa çempionu, rapid üzrə dünya çempionu Şəhriyar Məmmədyarovu da təbrik edib.
Oxşar xəbərlər
Beynəlxalq Şahmat Federasiyası Faiq Həsənovu mükafatlandırıb
FIDE azərbaycanlı hakimi xüsusi mükafata layiq görüb
AŞF-nin prezidenti Parisdə Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb
Mahir Məmmədov Parisdə FIDE-nin prezidenti ilə görüşüb
Azərbaycanın Macarıstandakı səfiri FIDE-nin vitse-prezidentini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?












