Azərbaycanı Gimnaziadada 18 cüdoçu təmsil edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycanı Gimnaziadada 18 cüdoçu təmsil edəcək


Azərbaycanı Serbiyada keçiriləcək Gimnaziadada 18 çəki dərəcəsində 18 cüdoçu (9 oğlan, 9 qız) təmsil edəcək.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda qız cüdoçulardan Fatimeyizəhra Məmmədzadə (36 kq), Nərgiz Məmmədova (40 kq), Yağmur Abdullayeva (44 kq), Şövkət Kərimova (48 kq), Sunay Məcidova (52 kq), Məleykə Əsədova (57 kq), Türkan Məmmədli (63 kq), Rəhimə İsmiəliyeva (70 kq), Xədicə Quluzadə (+70 kq) iştirak edəcək.

Oğlan cüdoçulardan isə Fuad Rəhimli (38 kq), Fərid Rzazadə (42 kq), Aqil Nağıyev (46 kq), Rəhim Əliyev (50 kq), Nuru Sadıqzadə (55 kq), Aqşin Bayramov (60 kq), Davud Bayramov (66 kq), Mehdi Məhəmmədəli (73 kq), Camal Bünyatov (+73 kq) mübarizə aparacaq.

Gimnaziadada “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova da ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, Gimnaziadada cüdo yarışları aprelin 11-dən 12-dək Luçani şəhərində baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycanı Gimnaziadada təmsil edəcək şahmatçılar müəyyənləşib
Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilərin adlarına aydınlıq gəlib
Azərbaycanı Gimnaziadada təmsil edəcək karateçilər müəyyənləşib
Azərbaycanı Gimnaziadada təmsil edəcək 3x3 basketbol millilərinin heyətləri müəyyənləşib
Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər