Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilərin adlarına aydınlıq gəlib
Azərbaycanı Serbiyanın Zlatibor şəhərində keçiriləcək Gimnaziadada təmsil edəcək stolüstü tennisçilərin adlarına aydınlıq gəlib.
"Sizinxeber.az" Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma bu gün Serbiyaya yola düşüb.
Yarışda Onur Quluzadə, Uğur Nəzərli, Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı, Yağmur Məmmədli, Xədicə Eylazova və Mələk Əhmədzadə məşqçilər Ramil Cəfərovla Səbinə Əzizlinin rəhbərliyi altında bacarığını göstərəcək.
Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə Gimnaziadanın oyunlarını idarə edəcək.
Qeyd edək ki, stolüstü tennisçilər aprelin 7-də şəxsi və komanda yarışlarında mübarizəyə başlayacaqlar. Bu gün startı verilən Gimnaziadaya aprelin 14-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycanı Gimnaziadada təmsil edəcək stolüstü tennisçilər müəyyənləşib
Azərbaycanın stolüstü tennisçiləri Dubayda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda beynəlxalq yarışda iştirak edəcəklər
Azərbaycan stolüstü tennisçiləri beynəlxalq turnirdə iştirak edəcəklər
Azərbaycanın stolüstü tennisçiləri Xorvatiyada beynəlxalq yarışa qatılıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













