Rauf Məmmədov: Şahmat üzrə ölkə çempionatı çox maraqlı olacaq
Ölkə çempionatı çox maraqlı olacaq.
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şahmatçı Rauf Məmmədov deyib.
O, sabah start götürəcək Azərbaycan çempionatı ilə bağlı fikirlərini bölüşüb:
"Sevindirici haldır ki, belə bir yarış baş tutur. Avropa çempionlarımız da turnirə qatılır. Sadəcə, Qədir Hüseynov bu dəfə olmayacaq. Ümid edirik ki, o, gələn il ölkə çempionatında iştirak edəcək. Bu dəfə çox sevdiyim olimpiya sistemindən istifadə olunacaq. Bu, azarkeşlər üçün də xüsusi maraq kəsb edəcək".
R. Məmmədov bu il mübarizə aparacağı beynəlxalq yarışları da açıqlayıb:
"Dünya Kubokunda, Avropa çempionatlnda iştirak edəcəyəm. Əsas oktyabr-noyabrda Hindistanda keçiriləcək Dünya Kubokudur".
Oxşar xəbərlər
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
Bu il sürətli şahmat və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək
Rapid və blits üzrə dünya çempionatı Qətərdə keçiriləcək
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
Elxan Məmmədov: Avropa çempionatı bizim üçün bundan yaxşı keçə bilməzdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













