İspaniya millisi öz rekordunu yeniləyib
sizinxeber.az xəbər saytı

İspaniya millisi öz rekordunu yeniləyib


Futbol üzrə İspaniya millisi öz rekordunu yeniləyib.

"Report"un məlumatına görə, son Avropa çempionu buna Millətlər Liqasının qrup mərhələsinin VI turunda İsveçrəni məğlub etməklə (3:2) nail olub.

Komanda 2024-cü ildə yoldaşlıq matçları da daxil olmaqla keçirdiyi 17 görüşün 14-də qalib gəlib.

Daha əvvəl yığmanın ən yaxşı göstəricisi 2010-cu ildə dünya çempionu olduğu vaxta təsadüf edib. İspaniya həmin dönəmdə 17 qarşılaşmanın 13-də meydandan qələbə ilə ayrılıb.

Qeyd edək ki, ispanlar son olaraq 2024-cü il martın 23-də Kolumbiyaya yoldaşlıq oyununda yenilib - 0:1.

Oxşar xəbərlər

Paris-2024: İspaniya millisi Braziliyanın rekordunu təkrarlayıb
Rusiya millisi yoldaşlıq oyununda Bruneyə böyükhesabla qalib gəlib
Amerikalı idmançı dünya rekordunu yeniləyib
Rusiya millisi yoldaşlıq oyununda Bruneyə böyük hesabla qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər