Azərbaycan Basketbol Federasiyasının rəsmisi: "Hədəfimiz Avropa çempionatının pley-off mərhələsinə yüksəlməkdir"
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Federasiyasının rəsmisi: "Hədəfimiz Avropa çempionatının pley-off mərhələsinə yüksəlməkdir"


Əsas hədəfimiz qrup mərhələsindən pley-offa yüksəlmək olacaq.

Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan Basketbol Federasiyasının (ABF) baş katibi Vüqar Əzimov deyib.

Qurum rəsmisi yeniyetmələrdən ibarət basketbol millilərimizin Avropa çempionatının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib:

"Qadınlardan ibarət U-16 və U-18 yığmalarımız iki il ardıcıl C divizionunda uğurlu çıxışla yadda qaldılar. Artıq düşünürük ki, B divizionunda gücümüzü sınamağın vaxtıdır. 16 yaşadək oğlan basketbolçulardan ibarət komandamız isə C divizionunda qüvvəsini sınayacaq. Açığı, bu yerdə olmaq istəməzdik. Amma əminəm ki, U-16 gələn il B divizionuna yüksələcək".

O, millinin yaxşı təcrübə qazanacağını vurğulayıb:

"B və C divizionlarını müqayisə etmək istəmirəm. Çünki "B"də həqiqətən güclü kollektivlər yer alıb. Millilərimizin əsl gücünü B divizionunda görəcəyik. Ola bilsin, "C"dəki kimi uğurlu nəticələr olmasın. Lakin yaxşı təcrübə qazanacağımıza inanıram. Əsas hədəfimiz qrup mərhələsindən pley-offa yüksəlmək olacaq. Bu, bütün yaş qruplarına aiddir. Ümid edirik ki, komandalarımızın hər biri öz qrupunda bizə qələbə sevinci yaşadacaqlar".

Qeyd edək ki, oğlanlardan ibarət U-18 yığması B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək. Qarşılaşmlar 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.

Qızlardan ibarət U-18 B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.

Oğlanlardan ibarət U-16 C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq komandaları, eyni yaş qrupunda qızlar B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək. Oyunlar müvafiq olaraq iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada və avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Oxşar xəbərlər

Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib
Azərbaycanın oğlanlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib
Azərbaycanın basketbol millisinin ispaniyalı baş məşqçisi: Avropa çempionatındakı çıxışımızı normal qiymətləndirirəm
Avropa çempionatı: Azərbaycanın basketbol milliləri final oyunlarına çıxacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər