Azərbaycanlı Paralimpiya çempionu: "Dünyanın ən yaxşı parataekvondoçusu seçildiyim üçün özümlə qürur duyuram"
Dünyanın ən yaxşı parataekvondoçusu seçildiyim üçün özümlə qürur duyuram.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülən İmaməddin Xəlilov deyib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə danışan idmançı 2024-cü ildə bütün titullara yiyələndiyini xatırladıb:
"Karyeramdakı hədəflərimdən biri bütün çəkilər üzrə ilin ən yaxşı parataekvondoçusu seçilmək idi. Sevinirəm ki, buna nail oldum. Özümlə qürur duyuram. Bu uğurların davamlı olması və Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandırmaq üçün çalışmağa davam edəcəyəm".
Qeyd edək ki, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
Paris-2024: Azərbaycan parataekvondoçusu yarımfinala vəsiqə qazanıb
Azərbaycan parataekvondoçusu: Ən böyük hədəfim ikiqat Paralimpiya çempionu olmaqdır
Azərbaycan parataekvondoçusu tarixə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
