Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib
sizinxeber.az xəbər saytı

Azərbaycanlı Paralimpiya çempionu dünyanın ən yaxşı parataekvondoçusu seçilib


Azərbaycanlı Paralimpiya çempionu İmaməddin Xəlilov Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.

"Report" xəbər verir ki, bu il ərzində iştirak etdiyi bütün turnirlərdə qızıl medal qazanan idmançı Paralimpiya, dünya və Avropa çempionu titullarına yiyələnib.

O, həmçinin dünya reytinqinin hazırkı lideridir. Parataekvondoçuya mükafat Honkonqda keçirilən qala gecədə təqdim olunub.

Qeyd edək ki, İ.Xəlilov bu ada Dünya Taekvondo Federasiyasının Texniki Komissiyasının yekdil rəyi əsasında layiq görülüb.

Oxşar xəbərlər

Azərbaycan parataekvondoçusu: Ən böyük hədəfim ikiqat Paralimpiya çempionu olmaqdır
Azərbaycan parataekvondoçusu Yay Paralimpiya Oyunlarında iştirak edəcək
Azərbaycanın paralimpiya çempionu yeniyetmələrə "ustad dərsi" keçəcək
Parisdə üçüncü olan Azərbaycan paralimpiyaçısı: Səhvlərə görə qızıl medalı əldən verdim
Paris-2024: Azərbaycan parataekvondoçusu yarımfinala vəsiqə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle