Aleksandr Tarakanov: Dünyanın ən güclü komandaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq
sizinxeber.az xəbər saytı

Aleksandr Tarakanov: Dünyanın ən güclü komandaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq


Dünyanın ən güclü komandaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq.

"Report" xəbər verir ki, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Tarakanov deyib.

“Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov bizi, idmançıları və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir, Federasiya hər zaman bizimlədir”, - Tarakanov qeyd edib.

Onun sözlərinə görə, olimpiya çəki dərəcəsində bu yaxınlarda keçirilən çıxışda Azərbaycan yunan-Roma güləşçiləri yüksək nəticə göstərib: üç idmançı çempion, biri isə beşinci yeri tutub. “Bu, təkcə güləşçilər və məşqçilər üçün deyil, həm də bütün federasiya üçün uğurdur və biz bu nəticə ilə fəxr edə bilərik”.

Buna baxmayaraq, Tarakanov komandanın Olimpiadada cəmi bir medal qazanmasına görə azərbaycanlı azarkeşlərdən üzr istəyib: “Biz daha yüksək nailiyyətlərə ümid edirdik, amma idman həmişə bir sınaqdır, amma indi güclü komanda formalaşdırmışıq və maksimum rəqabət yaratmaq üçün olimpiya çəkilərini hədəfləyirik".

Tarakanov 21-23 yaşlı gənc güləşçilərin U-23 kateqoriyası üzrə gələcək dünya və Avropa çempionatlarında ölkəmizi təmsil edəcəyini, bunun milli komandanı gücləndirəcəyini və rəqabət qabiliyyətinin lazımi dərəcədə artırılacağını vurğulayıb.

“Azərbaycan güləşçiləri artıq beynəlxalq arenada yüksək nəticələr əldə edirlər və biz əminəm ki, Los-Ancelesdə də eyni parlaq qələbələrlə geri dönəcəyik”, - Tarakanov əlavə edib.

Oxşar xəbərlər

Azərbaycanın yunan-Roma güləşçiləri Rusiyada üç medal qazanıblar
Azərbaycanın yunan-Roma güləşçiləri Gimnaziadanı 10 medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Paris olimpiadasından sonra karyerasını bitirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər