Azərbaycanlı atlet Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanlı atlet Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb


Azərbaycanlı atlet Qasım İsmayılov (67 kq) Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

"Sizinxeber.az" xəbər verir ki, birdənqaldırma yarışında 120 kq çəkidə nəticə göstərən Q.İsmayılov 4-cü olub. T

Təkanla qaldırmada daha yaxşı təsir bağışlayan idmançımız 153 kq çəkinin öhdəsindən gəlməklə bürünc mükafat əldə edib. O, iki hərəkətin cəmində də ən güclü üçlüyə düşməyi bacarıb. Toplamda atlet 273 kq nəticə ilə Avropa birinciliyində fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, bugün daha 2 təmsilçimiz - Tehran Məmmədovla Fuad Həsənov (hər ikisi 67 kq.) Avropa birinciliyində U-23 kateqoriyasında qüvvələrini sınayacaqlar.

Oxşar xəbərlər

Azərbaycan ağırlıqqaldıranları Polşada Avropa birinciliyində iştirak edəcəklər
Azərbaycanın paraüzgüçüsü "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
Azərbaycanın paraüzgüçüsü Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb
Paris-2024: Azərbaycanın paraatleti qızıl medal qazanıb
Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər