Azərbaycanlı dünya çempionu: "Qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq"
İnanıram ki, qazandığım uğur digər qadın güləşçilərimizin də yolunu açacaq.
"Report" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva deyib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan idmançı qələbəyə görə çox sevincli olduğunu bildirib:
"Məni dəstəkləyən və qələbə sevinən hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Bundan sonra da yarışlara yüksək əzmlə hazırlaşıb, yeni tarixlər yazmağa çalışacağam. Məqsədim hər zaman Azərbaycanın şanlı bayrağını yüksəklərə qaldırmaqdır. Daha böyük yarışlarım və uğurlarım irəlidədir. İnşallah, mənim qazandığım dünya çempionluğu digər qadın güləşçilərimizin də yolunu açacaq".
Qeyd edək ki, 57 kq çəki dərəcəsində döşək üzərinə çıxan Jalə Əliyeva finalda yaponiyalı Ruka Natamini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi dünya çempionu olub
Azərbaycan güləşçisi: Şükürlər olsun ki, olimpiadadan əliboş qayıtmadım
Azərbaycanın daha bir güləşçisi dünya çempionatında bürünc medal qazanıb
Azərbaycanlı güləşçi dünya çempionu olub
Giorgi Meşvildişvili: “Qazandığım medal mənim üçün qızıla bərabərdir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













