"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
sizinxeber.az xəbər saytı

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır


Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

"Report" xəbər verir ki, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.

Oxşar xəbərlər

Azərbaycanın altı cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır
"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu bürünc medal qazanıb
Azərbaycan cüdoçuları Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər