Alvaro Morata "Milan"a keçiddən öncə İspaniyada psixoloji problemlərlə üzləşib
İspaniya millisinin hücumçusu Alvaro Morata İtaliya təmsilçisi "Milan"a keçiddən öncə psixoloji problemlərlə üzləşib.
“Report” “Cope”yə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu İspaniyanı tərk etmək məcburiyyətində qalıb.
İspaniyada oynadığı müddətdə xeyli tənqidlərə məruz qalan hücumçu depressiyaya düşdüyünü söyləyib:
“Həqiqətən çətin anlarınız, depressiya, panik atak yaşadıqda həyat şəraitinizə və hansı işi görməyinizə baxmayaraq, hər gün və hər gecə daxilinizdə başqa bir insanla mübarizə aparmalı olursunuz”.
Karyerası ərzində "Real”, “Atletiko” (hər ikisi İspanya), "Yuventus" (İtaliya) və "Çelsi" (İngiltərə) kimi klublarda çıxış etmiş ön xətt oyunçusu 2024-cü ilin yayında "Milan"a transfer olunub.
Qeyd edək ki, A.Morata İspaniya yığmasının heyətində meydana çıxdığı 59 oyunda 27 qol vurub.
Oxşar xəbərlər
"Milan" İspaniya klubundan 175 milyon avro tələb edib
"Çelsi"nin futbolçusu İtaliya klubuna transfer oluna bilər
"Milan" klubu 16 yaşlı futbolçusu ilə peşəkar müqavilə bağlayıb
PSJ İspaniya yığmasının futbolçusunu transfer etmək istəyir
AVRO-2024-ün ən yaxşı futbolçusu "Real"a transfer oluna bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













