Azərbaycan kamandan oxatanları Prezident Kubokunda bürünc medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan kamandan oxatanları Prezident Kubokunda bürünc medal qazanıblar


Azərbaycan kamandan oxatanları Tacikistanda keçirilən Prezident Kubokunda bürünc medal qazanıblar.

"Sizinxeber.az" xəbər verir ki, ölkə rəhbəri Emoməli Rəhmonun şərəfinə Xücənd şəhərində təşkil olunan beynəlxalq turnirdə Fatimə Hüseynli və Məhəmmədəli Əliyev komanda yarışında bürünc medala yiyələniblər.

Təmsilçilərimiz Rusiya, İran, Sudan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Qırğısıstan da daxil olmaqla ümumilikdə 15 ölkə idmançıları ilə mübarizə aparıb.

Qeyd edək ki, Fatimə Hüseynli və Məhəmmədəli Əliyev avqustda Azərbaycanda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatının fərdi yarışlarında müvafiq olaraq qızıl və gümüş medala sahib çıxıblar.

Oxşar xəbərlər

Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib
Azərbaycan gimnastları beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar
Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar
Azərbaycan gimnastları Britaniyada yarışda 1 qızıl, 1 bürünc medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər