Azərbaycan millisinin böyük məşqçisi: "Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir"
sizinxeber.az xəbər saytı

Azərbaycan millisinin böyük məşqçisi: "Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir"


Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın 17 yaşadək yunan-Roma güləşçilərdən ibarət millisinin böyük məşqçisi Taleh İsrafilov Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına Gimnaziyada təşkil olunan media tur zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Gimnaziyada güləşin sirlərinə yiyələnən şagirdlərin Azərbaycan idmanında ilk addımlarını atdıqlarını söyləyib:

"Gimnaziyada güləşlə məşğul olanların hər biri xoş gələcək vəd edir. Düşünürəm ki, bu cür davam etsələr, onlardan gələcəkdə dünya və Avropa çempionları görə biləcəyik. Onların daha sağlam ruhda yetişməsi üçün hər cür şərait yaradılıb".

T.İsrafilov yeniyetmə yunan-Roma güləşçilərinin bəzilərinin ingilis dilini təkmilləşdirdiyini bildirib:

"Gimnaziyada təhsil alan güləşçilərimizin bəziləri artıq ingilis dilində olan idman terminlərini öyrəniblər. Bu, onlara gələcəkdə beynəlxalq yarışlarda özlərini daha sərbəst hiss etdirəcək. İngilis dilinin hakimlərlə düzgün dialoq qurulmasında faydası böyükdür".

Oxşar xəbərlər

Süleyman Rüstəm adına gimnaziyada güləşlə 77 nəfər məşğul olur
Millinin böyük məşqçisi: "Gimnaziyada fəaliyyət göstərməyimiz gələcəkdə Azərbaycan güləşinə böyük töhfələr verəcək"
Azərbaycanın yunan-Roma güləşçisi Paris olimpiadasından sonra karyerasını bitirib
Azərbaycanın güləş millisinin böyük məşqçisi: "Cari ildəki çıxışımızı uğurlu saymaq olar"
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi 1/4 finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle