Azərbaycan Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb - YENİLƏNİB - 2
Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında üçüncü medalı qazanıb.
"Sizinxeber.az"un məlumatına görə, qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kq) gümüş mükafat əldə edib.
O, finalda yerli idmançı Meirzhan Bereketova uduzub.
Qeyd edək ki, daha əvvəl Ülviyyə Bayramova (52 kq) və Elşən Dünyamalıyev (55 kq) bürünc medala sahib çıxıblar.
Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında daha bir medal qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, qazaq güləşi yarışında Ülviyyə Bayramova (52 kq) bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda görüşdə moldovalı Mariya Leorda qalib gəlib.
Qeyd edək ki, bu Azərbaycanın yarışda əldə etdiyi ikinci medaldır. Daha əvvəl qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafata sahib çıxıb.
Azərbaycan Qazaxıstanın paytaxtı Astanada keçirilən V Dünya Köçəri Oyunlarında ilk medalını qazanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qazaq güləşi yarışında Elşən Dünyamalıyev (55 kq) bürünc mükafat əldə edib.
O, üçüncü yer uğrunda görüşdə monqolustanlı Qantuq Bayantura qalib gəlib.
Oxşar xəbərlər
Azərbaycan Dünya Köçəri Oyunlarında daha bir medal qazanıb - YENİLƏNİB
Avropa çempionatı: Azərbaycanın daha 4 güləşçisi medal qazanıb
Paris-2024: Azərbaycan medal sıralamasında 15-ci pilləyə yüksəlib
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi bürünc medal qazanıb
Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











