AGF prezidenti Olimpiya Oyunlarının bürünc mükafatçısını təbrik edib
İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycanın ilk medalını qazanmış Həsrət Cəfərovu təbrik edib.
“Report” xəbər verir ki, bu barədə federasiyanın başçısı yazıb.
“Bu gün Olimpiya Oyunlarında güləşdə ilk medalımızı qazandıq. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik. Digər güləşçilərimizə də bizə qələbə sevinci bəxş etmələrini arzulayırıq”, – o qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.
Oxşar xəbərlər
Həsrət Cəfərov bürünc medal qazanıb
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB 2
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçiyə uduzub - YENİLƏNİB2
Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - YENİLƏNİB-1
Paris-2024: Azərbaycanın güləşçisi üçüncü yer uğrunda görüşdə iştirak edəcək - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













