Bakıda taekvondo millisinin üzvlərinin nümunəvi çıxışları baş tutub
Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə pumse üzrə açıq dərs və demo üzrə (nümunəvi çıxış) milli komandanın üzvlərinin nümunəvi çıxışları baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında, açıq havada keçirilən tədbir şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.
Pumse və demo üzrə milli komandanın baş məşqçisi Etibar İbrahimovun rəhbərliyi altında keçirilən pumse üzrə açıq dərsin ardınca demo komandasının üzvləri tatami üzərində bacarıqlarını nümayiş etdiriblər.
Akrobatik elemetlərlə zəngin tullanma zərbələri, çevik hərəkətlər və musiqi ilə sinxron təqdim edilən çıxışlar tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin təşkilində məqsəd gənclər arasında taekvondoya marağın artırılmasına və sağlam həyat tərzinin təbliğinə töhfə vermək olub.
Oxşar xəbərlər
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti: "Gənclərimiz Türkiyədə yüksək nəticələr qazandılar"
Bakıda kontakt karate üslubları üzrə nümunəvi yay seminarı təşkil olunub
Serbiyada keçirilən Gimnaziyada İdman Oyunlarında taekvondo üzrə yarışlara yekun vurulub
Azərbaycanı Niderland və Belçikadakı çempionatlarda 22 taekvondoçu təmsil edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
