Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub
sizinxeber.az xəbər saytı

Azərbaycanlı pilot Davin Cəfərov Portimaoda "Formula 4" testlərini uğurla başa vurub


Azərbaycanlı pilot Davin Cəfərov Portuqaliyanın Portimao şəhərində yerləşən və dünya üzrə məşhur olan "Autodromo Internacional do Algarve" trasında ikinci "Formula 4" test sessiyasını da uğurla tamamlayıb.

"Sizinxeber.az" xəbər verir ki, 16 yaşlı pilot kartinq karyerasında əldə etdiyi uğurlardan sonra artıq peşəkar motorsportun növbəti mərhələsinə - "Formula" tipli tək oturacaqlı bolid yarışlarına keçib.

Portimao testləri onun üçün "Formula 4"ə uyğunlaşmaq baxımından mühüm mərhələ hesab olunur. Test həftəsonu ərzində Davin Cəfərov "McLaren", "Mercedes", "Aston Martin" və digər tanınmış komandalarla əlaqəli pilotlarla eyni trası bölüşüb.

Test proqramı çərçivəsində hər gün beş intensiv sessiya keçirilib. Çətin şəraitə və sessiyalar zamanı digər pilotların iştirakı ilə baş verən qəzalara baxmayaraq, Davin bütün çıxışlarını uğurla tamamlayıb.

Onun növbəti mümkün "Formula 4" test sessiyasının üç ay ərzində İtaliyanın "Autodromo Nazionale Monza" trasında keçirilməsi planlaşdırılır.

Oxşar xəbərlər

"Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib
"Formula 1"də səkkiz ildən sonra braziliyalı pilot mübarizə aparacaq
"Formula 1": Daha bir pilot mübarizəni dayandırıb - YENİLƏNİB
"Formula 1": Lekler Bakıdakı sıralama turunda liderdir, beş pilot mübarizəni dayandırıb - YENİLƏNİB
"Formula 1": Azərbaycan Qran-prisində Maqnusseni əvəzləyəcək pilot müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər