Azərbaycanın gimnastika yığması Avropa kubokunun qalibi olub
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa kubokunun qalibi olub.
Apasport.az xəbər verir ki, Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda üç top və iki halqa ilə hərəkətdə birinci yerə layiq görülüb.
Bədii gimnastlarımızın çıxışı 24,700 balla qiymətləndirilib.
İkinci yerə Ukrayna (24,350), üçüncü yerə isə İtaliya (24.000) layiq görülüb.
Beş lentli kompozisiyada qrup komandamız beşinci (19.750) yeri tutub. Yarışda İtaliya (24,900) qızıl, Estoniya (22,000) gümüş, Bolqarıstan (21,950) isə bürünc medala sahib çıxıb.
Azərbaycan komandası “Cross Battle” formatında keçiriləcək çoxnövçülük üzrə finala da çıxıb.
Qeyd edək ki, Avropa kuboku mayın 4-də başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb
Paris-2024: Gimnastlarımız tarixi nəticə göstərərək 5-ci pilləni tutub
Paris-2024: Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizəyə başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
