Ağdamda dəhşətli qəza: 4 hərbçi həlak oldu - Foto
Ağdamda baş verən qəza zamanı 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Sizinxeber.Az Teleqraf-a istinadla xəbər verir ki, qəza hadisəsi rayonun Çuxurməhlə kəndi ərazisində baş verib.
Hərəkətdə olan “Hunday” markalı avtomobil qarşıdan gələn VAZ-2106 markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olanlardan 4 nəfər - leytenant Faiq Xanqulu oğlu Mehtiyev, çavuş Saday Yaqub oğlu Qəhrəmanov, çavuş Ruslan Ramil oğlu Novruzov və İsmayıl Abdulla oğlu Abbasov həlak olub.
“Hunday” markalı avtomobilin sürücüsü Sadiq Rafael oğlu Cəfərov isə xərasət alıb.
FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilərək avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.
TƏBİB-in yaydığı məlumatda isə bildirilib ki, xəsarətlər alan Sadiq Cəfərovun vəziyyəti qənaətbəxşdir, müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Oxşar xəbərlər
Qəzada həlak olan hərbçilərin - Fotosu
Ağdamda baş verən ağır yol qəzasında ölənlərin kimlikləri məlum olub - YENİLƏNİB
Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
Ağdamda ağır qəza: ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
