Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün kurslar təşkil edib
sizinxeber.az xəbər saytı

Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün kurslar təşkil edib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 5600 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

Axar.az xəbər verir ki, onlardan 1900 nəfər üçün Agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 3700 nəfər üçün özəl tədris müəssisələrində kurslar təşkil olunub.

Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.

Hazırda peşə kurslarının təşkilində 186 özəl tədris müəssisəsi ilə əməkdaşlıq edilir.

Kursların sonunda məzunlara sertifikatlar təqdim edilir və onların yeni yiyələndikləri peşələr üzrə işlə təmin olunmalarına dəstək göstərilir.

Oxşar xəbərlər

Dövlət Məşğulluq Agentliyi bu il 5600 şəxs üçün peşə kursları təşkil edib
Daha 537 şəxs üçün peşə hazırlığı kursları təşkil olunub
Dövlət Məşğulluq Agentliyi daha 112 nəfəri peşə hazırlığına cəlb edib
Xankəndidə təşkil olunan tikişçilik kursunu bitirən şəxslərə peşə sertifikatları təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər