Dövlət torpaqlarının icarə haqqı yeni qaydada hesablanacaq
sizinxeber.az xəbər saytı

Dövlət torpaqlarının icarə haqqı yeni qaydada hesablanacaq


“Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də dəyişikliklər edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət torpaq sahələrinin illik icarə haqqının hesablanmasında yeni faiz dərəcələri və əmsallar tətbiq olunacaq.

Yeni qaydaya əsasən, illik icarə haqqı məbləği torpağın bazar dəyəri əsas götürülməklə aşağıdakı dərəcələrlə müəyyən edilir:

Bakı şəhəri üzrə: Bazar dəyərinin 3 faizi miqdarında;

Digər şəhər və rayonlar üzrə: Bazar dəyərinin 2 faizi miqdarında.

Müəyyən edilmiş bu məbləğlərə torpaq sahəsinin ölçüsündən asılı olaraq xüsusi əmsallar vurulacaq.

Sahə ölçüsünə görə tətbiq edilən yeni əmsallar:

Qərarda torpaq sahəsinin ölçüsü artdıqca tətbiq edilən əmsalların azaldılması (regressiv model) nəzərdə tutulub:

Oxşar xəbərlər

Azərbaycanda dövlət torpaqlarının icarə haqqının hesablanma qaydası dəyişib
Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşib
Xəzərdə süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası müəyyənləşib
Bu şəxslər üçün sosial sığorta haqqı artırılır
Xəzər dənizində yaradılan süni torpaq sahələrinin icarəsi ilə bağlı yeni sənədlər müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər