Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşib
sizinxeber.az xəbər saytı

Dövlət torpaq sahələrinin icarə haqqının hesablanması üçün əmsallar müəyyənləşib


Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq ediləcək əmsallar müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləği torpağın bazar dəyərinin Bakı şəhəri üzrə 3 faizinə, ölkənin digər şəhər və rayonları üzrə 2 faizinə göstərilən əmsallar vurulmaqla müəyyən ediləcək.

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi, habelə dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş dövlət torpaq sahələrinin illik icarə haqqı məbləğinin müəyyən edilməsində tətbiq edilən əmsallar

Torpaq sahəsinin ölçüsü

Əmsal

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla)

1,0

5001–10000 kvadratmetr

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001 kvadratmetrdən yuxarı hissə (5001 kvadratmetr daxil olmaqla) - 0,8

10001–50000 kvadratmetr

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001–10000 kvadratmetr - 0,8

10001 kvadratmetrdən yuxarı hissə (10001 kvadratmetr daxil olmaqla) - 0,7

50001 kvadratmetrdən yuxarı

(50001 kvadratmetr daxil olmaqla)

5000 kvadratmetrədək (5000 kvadratmetr daxil olmaqla) - 1,0

5001–10000 kvadratmetr - 0,8

10001–50000 kvadratmetr - 0,7

50001 kvadratmetrdən yuxarı hissə (50001 kvadratmetr daxil olmaqla) - 0,5

Qeyd edək ki, indiyə qədər torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilib. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində, respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilib.

Oxşar xəbərlər

Yeni yaşayış məhəllələrinin salınması zərurəti olduqda torpaqların kateqoriyaları dəyişdiriləcək
Xəzərdə süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası müəyyənləşib
Magistral boru kəmərləri, nəqliyyat infrastrukturu obyektlərinin hüdudları dəyişdiriləcək
Bazar iştirakçılarına dair Meyarlar təsdiqlənib
Azərbaycanda bu il dövlət əmlakının icarəsindən büdcəyə 28,3 mln. manat ödənilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər