Bakıda xoşagəlməz hadisə: Maşınlara yumurta atıb... - Video
sizinxeber.az xəbər saytı

Bakıda xoşagəlməz hadisə: Maşınlara yumurta atıb... - Video


Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində məhəllələrdən birində parklanmış avtomobillərə qarşı xoşagəlməz əməl törədilib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə məlumat Bakı.vs-nin qaynar xəttinə daxil olub.

Sakinlərin məlumatına görə, hazırda məhəllədə saxlanılan bəzi avtomobillərin alın şüşələrinə yumurta atılıb. Bundan başqa, bir neçə maşının şüşəsilənləri də yuxarı qaldırılıb.

Qeyd olunub ki, ərazidə yaşayan sakinlər əvvəllər məhəlləyə giriş və çıxışı nəzarətdə saxlamaq üçün şlaqbaum quraşdırıblar. Buna baxmayaraq, kənardan gələn və ya məhəllədə saxlanılan bəzi avtomobillərə qarşı bu cür hərəkətlərin davam etdiyi bildirilir.

Oxşar xəbərlər

Bakıda ŞOK OLAY - Maşınlara yumurta atıb, şüşəsilənləri qaldırdılar
Belarusun İrəvandakı səfirliyi qarşısında aksiya keçirilib, binaya pomidor, yumurta atılıb
Nizami rayonunda növbəti məhəllə abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər