Bakıda bu parklar birləşdirilir
Bakının iki geniş piyada zonası olan Atatürk və Antena parklarının optimal şəkildə birləşdirilməsi imkanları təhlil edilib.
Bu barədə Sizinxeber.Az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata əsasən, bu layihə Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib və baxılaraq qəbul olunub.
"Artıq "Gənclik" metro stansiyasının şimal çıxışında, Atatürk parkının girişinə bitişik meydanda işlərə yaxın zamanda başlanılacaq. Qeyd edək ki, bu ərazi daim piyadalar üçün çoxsaylı maneələri, tənzimlənməyən parklanma yerləri olan məkan olub. Həyata keçirilən layihənin məqsədi bu ərazini də piyadalar üçün rahat şəhər mühitinə çevirməkdir.
Layihə çərçivəsində Atatürk parkının giriş hissəsində yaşıllıq zonası, skamyalar və söhbətgahlar, uşaq meydançası və digər obyektlər qurularaq müasir və cəlbedici ictimai məkan yaradılacaq. Bununla da Atatürk və Antena parkları, həmçinin ictimai nəqliyyat və ticarət obyektləri arasında piyada əlaqəsi yaradılacaq. Layihə, həmçinin sakinlərin və turistlərin gəzinti zamanı təhlükəsiziyini artıracaq", - AYNA-dan bildirilib.
Oxşar xəbərlər
Bakıda Atatürk və Antena parkları birləşdirilir
Fəvvarələr Meydanı və Qış Parkını birləşdirəcək piyada zonası salınacaq
AYNA: Bakıda avtobusların sayı 2 800-ə çatdırılacaq
Bakının İslam Səfərli küçəsinin piyadalaşdırılmasına başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
