11
in
2025
19:50

yuxarı
Salyanda fermada yanğında xeyli mal-qara tələf olub, 7 min ot bağlaması yanıb - VİDEO

Salyanda fermada yanğında xeyli mal-qara tələf olub, 7 min ot bağlaması yanıb - VİDEO
Salyanda fermada yanğın olub.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlimatına görə, hadisə rayonun Qardili kəndində baş verib. Kənd sakini Eyyub Şikarova məxsus fermada ot tayası yanıb. Küləkli hava yanğının güclənməsinə səbəb olub. Nəticədə 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi davam edir.
Faktla bağlı araşdırma aparılır.