Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb
Salyanda fermada yanğın olub, 45 baş iribuynuzlu heyvan, 7 min ədəd ot bağlaması yanıb.
“Report”un Aran bürosunun məlimatına görə, hadisə rayonun Qardili kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, Şikarov Eyyub Bayram oğluna məxsus fermada ot tayası anidən alovlanıb. Hava küləkli olduğundan yanğının əhatə dairəsi daha da genişlənib.
Hadisə yerinə FHN-nin Salyan Yanğından Mühafizə Hissəsinə məxsus iki yanğınsöndürən maşın və xeyli sayda canlı qüvvə cəlb edilib.
İlkin məlumata görə, yanğın zamanı təsərrüfat sahibinə məxsus 45 baş iribuynuzlu heyvan, 7 ədəd ot bağlaması yanıb.
Hazırda alov lokallaşdırılıb, yanğının söndürülməsi davam edir.
Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Salyanda qəbiristanliq yanıb
Oğuzda fermada 200 cücə yanıb
Goranboyda fermada yanğın baş verib
Goranboyda dərmandan zəhərlənmə nəticəsində 64 baş iribuynuzlu heyvan tələf olub
Göygöldə 600 ədəd ot bağlması yanıb, 50 dən artıq ev quşu tələf olub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













