Qaxda motosiklet qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qaxda motosiklet qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB


Qaxda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanlardan biri Abşeron rayon sakini, 2005-ci il təvəllüdlü Turan Təbriz oğlu Şahmurov, digəri isə Qax rayon sakini 2000-ci il təvəllüdlü Ruslan Səyyad oğlu Ramazanovdur.

***
20:56

Qaxda baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün saat 20:00 radələrində Qax şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan motosiklet idarəetməni itirərək aşıb.

Qəza nəticəsində motosiklet sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilir, şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Qaxda motosiklet aşıb, xəsarət alanlar var
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb
Qaxda avtomobil divara çırpılıb, xəsarət alan var
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle