Yol polisi: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq
sizinxeber.az xəbər saytı

Yol polisi: Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdırılacaq


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.

İdarədən Sizinxeber.az-ya verilən məlumatda deyilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.

Baş Dövlət Yol Polisi İdarəsi göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.

Oxşar xəbərlər

DYP Bakı-Şamaxı-Yevlax yolunda elektron tərəzi sisteminin quraşdırılması ilə bağlı xəbərdarlıq edib
DYP Ələt-Astara-İran yolunda hərəkətin məhdudlaşması ilə bağlı xəbərdarlıq edib
Bakı-Gürcüstan sərhədi avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq - YENİLƏNİB
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq
Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle