Güclü külək Bakıda 16 ağacı aşırıb
sizinxeber.az xəbər saytı

Güclü külək Bakıda 16 ağacı aşırıb


Dünən axşam saatlarından Bakıda başlayan güclü küləklə bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, güclü külək nəticəsində ağacaşma halları ilə bağlı 50 ünvandan müraciət daxil olub.

Müraciətlərin 16-sı ağacların kökündən aşması, digərləri isə iri budaqların qırılması ilə əlaqədar olub.

Birlik əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib, fəsadlar aradan qaldırılıb.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

Oxşar xəbərlər

Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ
Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO - VİDEO
Bakıda güclü küləyin sındırdığı ağaclar kəsilir, ərazilər təmizlənir
Ötən gün Bakıda güclü küləyə görə 12 ağac aşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər