Ötən gün Bakıda güclü küləyə görə 12 ağac aşıb
sizinxeber.az xəbər saytı

Ötən gün Bakıda güclü küləyə görə 12 ağac aşıb


Dünən axşamdan əsən küləklə əlaqədar Bakıda 12 ağacaşma, 7 iri budağın sınıb düşməsi halı baş verib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, əsən küləklə əlaqədar Birliyə 19 müraciət daxil olub.

“Hadisələr əsasən Nəsimi, Sabunçu və Binəqədi rayonlarında qeydə alınıb. Ağaclar güclü küləyin əsməsi və yaşlarının həddindən artıq çox olması səbəbindən aşıb. Dərhal qəzanın nəticələri aradan qaldırıb. Bundan əlavə Birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər", - məlumatda deyilir.

Birlikdən bildirilib ki, davam edən küləkli hava şəraiti ilə bağlı bundan sonra da hər hansı hadisə baş verərsə ağacların və budaqların götürülməsi operativ şəkildə həyata keçiriləcək.

Oxşar xəbərlər

Güclü külək Bakıda 27 ağacı sındırıb
FHN hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır
Qaxda iri gövdəli ağaclar aşıb, magistral yol bağlanıb
"60-a yaxın yaşım var, hələ belə külək görməmişdim" - Güclü küləyin ciddi fəsadları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər