Bakıda avtomobil hissələri bazarında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
in
2025
08:50

Bakıda avtomobil hissələri bazarında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

03 in, 2025
08:50
478

Bakıda avtomobil hissələri bazarında baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən “Yeni təkər bazarı” ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş mağazalarda baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bazar ərazisinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 200kv.m. olan 3 avtomobil ehtiyat hissələrinin satışı mağazasının yanar konstruksiyaları 90kv.m. sahədə, ümumi sahəsi 5kv.m. olan gözətçi köşkü və yaxınlıqda yığılmış 0.1kub.m. taxta altlıq yanıb.

Bitişik, o cümlədən bazar ərazisindəki digər obyektlər, park edilmiş avtomobillər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək hazırda müşahidə olunan güclü küləkli hava şəraiti ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.


***
05:43


Bakının Babək prospektində yerləşən avtomobil hissələri bazarında yanğın baş verib.

Sizinxeber.az xəbər verir ki, alov qısa müddətdə geniş əraziyə yayılıb və bir neçə obyektə ciddi maddi ziyan dəyib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub və yanğın nəzarət altına alınıb. Hazırda ərazidə soyutma işləri və zərərin miqyasının qiymətləndirilməsi aparılır.

Faktla bağlı araşdırma başlanılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ərazidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Fərid Yusifov

Bizimlə əlaqə saxlayın