Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib
sizinxeber.az xəbər saytı

Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib


Gəncədə güclü külək fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün səhər saatlarında başlayan güclü külək şəhər ərazində yerləşən avtomobil emalatxanasının hasarını uçurub. Uçqun nəticəsində iki maşına ziyan dəyib. Orada olan "VAZ 2107" markalı maşın yararsız hala düşüb, "Hyundai" avtomobilinin ön hissəsi əzilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti müşahidə edilir.

Oxşar xəbərlər

Zaqatalada güclü külək yaşayış binasının dam örtüyünü uçurub
Gəncədə güclü külək və leysan fəsadlar törədib - FOTO
Gəncədə iki minik avtomobili toqquşub, xəsarət alanlar var
Tovuzda sel suları evlərə dolub, avtomobil dağıntı altında qalıb
Ucarda zəncirvari qəza nəticəsində üç avtomobil yararsız hala düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar