sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paytaxtda 3600 manatlıq telefon oğurlanıb
Mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3600 manat dəyərində telefonunun oğurlanmasını bildirib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.
Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.
Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşkı V.Kərimov da müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda 3 min 600 manatlıq telefon oğurlanıb
Mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb
Yasamalda bank kartından 5 min manat oğurlanıb
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













