Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xaçmazda avtomobillə yeniyetməni vurub öldürən sürücünün kimliyi məlum olub - YENİLƏNİB


Xaçmazda ölümlə nəticələnən avtoqəzanı törədən sürücünün kimliyi məlum olub.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, rayonun Nərəcan kəndin ərazisində piyadanın ölməsi ilə baş verən avtoqəzanı törədən şəxs Təyyar Xəlilovdur.

Qeyd edək ki, T.Xəlilov idarə etdiyi "Hyundai" markalı minik avtomobili ilə qohumu, Nərəcan kənd sakini 2011-ci il təvəllüdlü Turan Məcidovu vurub.

T.Məcidovun meyiti müayinə edildikdən sonra ailəsinə təhvil verilib. 

Qəzanı törədən T.Xəlilov isə saxlanılıb.

Faktla bağlı  araşdırma aparılır.

16:59

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Nərəcan kəndindən keçən hissəsində "Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada, 14 yaşlı Məcidov Turan Məmməd oğlunu vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya aparılsa da, yolda ölüb.

Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 8-ci sinifində oxuyurdu.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Xaçmazda avtomobil 11-ci sinif şagirdini vuraraq öldürüb
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB
Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB 
Xaçmaz rayonunda yol qəzasında piyada ölüb, sərnişinlər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər