sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Xaçmazda yol qəzası olub, ölən və yaralananlar var
Xaçmaz rayonunda azyaşlının ölümü ilə nəticələnən ağır yol qəzası olub.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, "Opel" markalı minik avtomobili hərəkətdə olan "Ford" markalı yük avtomobilinə çırpılaraq onu əks istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük avtomobilinin yoluna atıb.
Nəticədə bir nəfər azyaşlı ölüb, üç nəfər isə yaralanıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda yol qəzasında ölən piyadanın şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB
Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb
Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var
Xaçmazda avtomobil çaya düşüb, iki nəfər ölüb
Xudatda yol qəzası olub, iki nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













