Xaçmazda minik avtomobili aşıb, yaralananlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xaçmazda minik avtomobili aşıb, yaralananlar var - YENİLƏNİB


04.05.2025-ci il saat 17:40 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü (kişi cinsli), 1965-ci il təvəllüdlü (qadın cinsli), 1984-cü il təvəllüdlü (kişi cinsli), 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

APA xəbər verir ki, buhaqda TƏBİB-dən məlumat verilib.

Məlumatda bildirilib ki, həmin şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

***

18:34

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Quba Bakı yolunda minik avtomobili aşıb, yaralılar var - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Xudatda avtomobil körpüdən aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Yevlaxda avtomobil aşıb, 4 nəfər xəsarət alıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle