Xudatda avtomobil körpüdən aşıb, xəsarət alanlar var - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xudatda avtomobil körpüdən aşıb, xəsarət alanlar var - YENİLƏNİB


Xudat şəhərində "Mercedes" markalı avtomobilin körpüdən aşması nəticəsində 4 nəfər xəsarət alıb.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, dekabrın 14-də saat 09:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1987-ci il təvəllüdlü (kişi cinsli), 2013-cü il təvəllüdlü (kişi cinsli), 1979-cu il təvəllüdlü (kişi cinsli) və 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslər tibb müəssisəsində müalicə almaqdan imtina ediblər.

***

15.49

Xudat şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, qəza Xudat şəhərində dəmir yolu üzərindəki körpüdə qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəzaya səbəb kimi körpünün buzlu olması göstərilir.

Faktla bağlı araşdırma gedir.

Oxşar xəbərlər

Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Bakı-Quba yolunda qəza olub, Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı xəsarət alıb - YENİLƏNİB - FOTO
Xudatda avtomobil körpüdən aşıb, xəsarət alan var
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle