Nəsimi rayonunda “Kəndli yarmarkası”nın fəaliyyəti dayandırılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Nəsimi rayonunda “Kəndli yarmarkası”nın fəaliyyəti dayandırılıb - VİDEO


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Sizinxeber.az nazirliyə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Kəndli yarmarkası”nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Oxşar xəbərlər

Sumqayıtda yanğın təhlükəsi ilə bağlı mərasim evinin fəaliyyəti dayandırılıb - VİDEO
Tərtərdə yanğın təhlükəli sexin fəaliyyəti dayandırılıb - VİDEO
Xaçmazda yanğın təhlükəli avtotəmir sexinin fəaliyyəti dayandırılıb - VİDEO
FHN Bakıda “Rosemary Inn” hotelinin fəaliyyətini dayandırıb - VİDEO
Şabranda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle