Qubada 60-dan çox kəndin əsas yolu bağlanıb
Qubada körpü çökən əraziyə rayon Fövqəladə Hallar Komissiyasının və digər qurumların nümayəndələri gəlib.
Sizinxeber.az xəbər verir ki, körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyev İbrahimov mediaya açıqlama verib.
O bildirib ki, hadisə Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində baş verib. Birinci və İkinci Nügədi kəndləri sərhədində, ümumi uzunluğu 101 metr, eni isə, 8 metr olan körpüdə qəzalı vəziyyət yaranıb.
“Nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Alternativ yollar var, Pirvahid yolundan istifadə edə bilərlər. Hadisə nəticəsində Quba rayonunun 60-dan çox kəndinə aparan əsas yol bağlanıb. Bu istiqamətdə olan kəndlərdə 51 mindən çox əhali yaşayır.”, o bildirib.
Oxşar xəbərlər
Qubada körpü qəzalı vəziyyətə düşüb, 30-dan çox kəndə gediş-gəliş çətinləşib
Qubada körpü qəzalı vəziyyətə düşüb, 60-dan çox kəndə gediş-gəliş çətinləşib
AAYDA mütəxəssisləri Qubada qəzalı vəziyyətə düşən körpüyə baxış keçirəcək - YENİLƏNİB
Qubada torpaq sürüşməsi olub, kəndin əsas yolu bağlanıb - FOTO
Qubada torpaq sürüşməsi olub, kəndin əsas yolu bağlanıb - FOTO - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










