Xaçmazda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Aprelin 18-də saat 09:30 radələrində Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (kişi cinsli) Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
"Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Hazırda xəsarət alan şəxslərə zəruri tibbi yardım və instrumental müayinələr icra edilir və onların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır digər 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir", məlumatda deyilir.
***
10.19
Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, "BMW", "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb - FOTO
Yevlaxda qəzada xəsarət alan 6 nəfərin vəziyyəti açıqlanıb
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Beyləqanda yol qəzasında altı nəfər xəsarət alıb - YENİLƏNİB
Bərdədə minik maşını aşıb, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib












