Gəncədə biçaqla boğazına xəsarət yetirilən 23 yaşlı gəncin durumu ağırdır - YENİLƏNİB-1 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
apr
2025
11:50

Gəncədə biçaqla boğazına xəsarət yetirilən 23 yaşlı gəncin durumu ağırdır - YENİLƏNİB-1

06 apr, 2025
11:50
583

Gəncədə biçaqla boğazına xəsarət yetirilən 23 yaşlı gəncin durumu ağırdır - YENİLƏNİB-1

Bu gün saat 05:00 radələrində 2002-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Boynun sol ön nahiyəsinin kəsilmiş, deşilmiş yarası, qırtlağın zədələnməsi və travmatik şok diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardım göstərilib.

Qeyd edilib ki, hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

***

saat 09.43

Gəncədə 23 yaşlı gənci bıçaqlayan şəxs tutulub.

Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 06.47

Gəncədə 23 yaşlı oğlanın boğazı kəsilib.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın