Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlanıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlanıb - YENİLƏNİB


Gəncədə bıçaqlanan 31 yaşlı kişinin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Sizinxeber.az-nın yerli bürosuna bildirilib ki,22.03.2025-ci il tarixində saat 02:10 radələrində 1994-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, pasiyentə qarnın ön divarının daxilə keçən kəsilmiş, deşilmiş və sağ əlin 4-cü barmağının kəsilmiş yarası diaqnozları təyin olunub: “Ona zəruri tibbi yardım göstərilib, hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

03:20

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1994-cü il təvəllüdlü V. Məmmədov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 31 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - YENİLƏNİB
Lənkəranda 43 yaşlı kişi bıçaqlanıb - FOTO - YENİLƏNİB
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Gəncədə iki döl ölü doğulub - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər